XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

08 Fevral 2020 - 19:03

Cavad Zərif BMT təmsilçisi ilə görüşüb- Suriyadakı vəziyyəti müzakirə ediblər

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif BMT Baş katibinin xüsusi elçisi Qeyr Pedersen ilə İdlibdə vəziyyətin gərginləşməsi fonunda Suriyadakı vəziyyəti müzakirə edib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

İran XİN-in açıqlamasında deyilir ki, M.C.Zərif Q.Pedersenə Suriya böhranının həllinin yeganə yolunun siyasi yol olduğunu söyləyib.

“İran Suriyanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə riayət edilməklə bu məsələdə əməkdaşlıq etməyə hazırdır”, – XİN başçısı deyib.

Q.Pedersen iranlı nazirə Suriya böhranının siyasi həllinin gedişindən danışıb.