XƏBƏR LENTİ

06 İyul 2020
05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

08 Fevral 2020 - 19:50

Rusiyalı hərbçilər İdlib müzakirələri üçün Türkiyədə səfərdədir

Rusiya nümayəndə heyəti İdliblə bağlı Ankaraya səfər edib.

APA-nın yerli bürosunun Türkiyənin Xarici İşlər Nazirliyinə istinadla verdiyi xəbərə görə, Rusiyadan gələn heyət türkiyəli diplomatlarla görüşəcək, Suriya mövzusunda Soçi razılaşması, xüsusilə də İdlib ərazisilə bağlı müzakirələr aparacaqlar.

Qeyd edək ki, fevralın 3-də Əsəd ordusunun Soçi müqaviləsinin şərtlərini pozaraq, Türkiyə Silahlı Qüvvələrinin İdlibdə olan müşahidə nöqtələrinə toplardan açdığı atəş nəticəsində Türkiyə odusunun 8 hərbçisi şəhid olub.

Bu hadisədən sonra Türkiyə və Rusiya prezidentləri, eləcə də Xarici İşlər nazirləri səviyyəsində telefon söhbətləri olub. Liderlər ərazidə terrorçu qrupların fəallaşmasını da müzakirə ediblər.

Türkiyə Prezidenti Rəcəıb Tayyib Ərdoğan bildirib ki, Suriyada türk əsgərlərinə hücum təkrarlanarsa, Ankara özünü müdafiə edəcək.

Türkiyəli və rusiyalı diplomatların birgə müzakirələrindən sonra Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin bu məsələ ilə əlaqədar yenidən görüşəcəyi gözlənilir.