XƏBƏR LENTİ

25 Fevral 2020
24 Fevral 2020

Digər Xəbərlər

09 Fevral 2020 - 09:53

Çində yüzlərlə insanın həyatına son qoyan epidemiyaya yeni ad verildi –Ümumdünya Səhiyyə Təşkilatı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində yüzlərlə insanın həyatına son qoyan epidemiyaya yeni ad verib. 

Bundan sonra virus “Yeni koronavirus pnevmaniyası” (NCP) adlandırılacaq.

Qeyd edək ki, bundan əvvəl virusa 2019nCoV deyilirdi.

Xatırladaq ki, 2019-cu il dekabrın 12-də Çinin Uhan şəhərində kütləvi şəkildə yayılan epidemiya nəticəsində ölkədə 812 nəfər ölüb, 37 198 nəfər isə virusa yoluxub. Onlardan 6 188 nəfərinin vəziyyəti ağırdır. Bundan başqa, 28 942 nəfərin koronavirusa yoluxmaqda şübhəli sayılır, daha 188 183 insan isə müşahidə altındadır.  Eyni zamanda 2 656 yeni yoluxma faktı qeydə alınıb. Bu səbəbdən bir çox ölkə Çindən və epidemiyanın yayıldığı vilayətdən vətəndaşlarını təxliyə edib

ÜST epidemiyanın yayılması ilə əlaqədar beynəlxalq səviyyəli fövqəladə vəziyyət elan edib. /Report