XƏBƏR LENTİ

10 İyul 2020

Digər Xəbərlər

10 Fevral 2020 - 16:17

Suriyada hərbi əməliyyatlar dayandırıldı –Ankaradan rəsmi qərar

Türkiyə Silahlı Qüvvələri müxalif qüvvələrlə birlikdə Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyatları dayandırıb.

“StepNews” xəbər verir ki, bu qərar rəsmi Ankaranın göstərişi ilə qəbul edilib.

Əməliyyatlar Rusiya heyəti ilə Türkiyə paytaxtında aparılan müzakirələrdən sonra dayandırılıb.

Danışıqlara Türkiyə tərəfdən xarici işlər nazirinin müavini Sedat Önal, Rusiya tərəfdən isə xarici işlər nazirinin müavini Sergey Verşin və Prezident Vladimir Putinin Suriya üzrə xüsusi təmsilçisi Aleksandr Lavrentyev rəhbərlik edib.

Görüşdə Xarici İşlər Nazirliyi, Milli Müdafiə Nazirliyi, Silahlı Qüvvələrin Baş Qərargahı, Milli Kəşfiyyat Təşkilatının, eyni zamanda Rusiyanın hərbi və kəşfiyyat qurumlarının təmsilçiləri iştirak ediblər.

*** 

Suriyada müxalif qüvvələr Serakib şəhərində əməliyyata başlayıb.

“Al Jazeera” xəbər verir ki, əməliyyat Türkiyə artilleriyasının dəstəyi ilə İdlib bölgəsinin şərqində rejim qüvvələrinə qarşı keçirilir.

Qeyd edək ki, Serakib şəhəri bir müddət öncə Bəşşar Əsədə sadiq qüvvələrin nəzarəti altına keçib. (report)