XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020

Digər Xəbərlər

10 Fevral 2020 - 23:19

“Yuventus” baş məşqçisini istefaya göndərə bilər –KİV

“Yuventus” klubunun baş məşqçisi Mauritsio Sarri istefaya göndərilə bilər.

Komandanın son turlardakı nəticələrindən narazı qalan Turin təmsilçisinin rəhbərliyi italiyalı mütəxəssislə yolları ayırmaq niyyətindədir. Klub prezidenti Andrea Anyellinin də artıq Sarrinin işinə şübhə ilə yanaşdığı bildirilir.

Yayılan digər məlumata görə, “Yuventus”da bəzi futbolçular var ki, keçmiş baş məşqçi və hazırda işsiz olan Massimiliano Alleqrinin qayıtmasını istəyir.

Qeyd edək ki, A Seriysının son turunda səfərdə “Verona”ya 1:2 hesabı ilə uduzan “Yuventus” 23 oyundan sonra 54 xalla 2-ci pillədə yer alır. Turnir cədvəlinə isə “qoca sinyora” ilə eyni xala malik “İnter” başçılıq edir. (report)