Ötən il Türkiyəyə rekord sayda turist gəlib.
Ölkənin Statistika Komitəsindən əldə edilən məlumata əsasən, 2019-cu ildə Türkiyəni 51 milyon 860 min turist ziyarət edib. Bundan da 34 milyard 520 milyon ABŞ dolları gəlir əldə olunub.
2019-cu ildə Türkiyənin bu sektordan əldə etdiyi gəlir əvvəlki son üç illə müqayisədə 9, 71, 2018-ci ilə görə isə 17 faiz artıb.
Bu rəqəm 2018-ci ildə 45 milyon 628 min nəfər təşkil edib(azərtac).