XƏBƏR LENTİ

28 Fevral 2020

Digər Xəbərlər

11 Fevral 2020 - 00:17

Yokohamada saxlanılan kruiz laynerində koronavirus böhranı- Yoluxanların sayı 135 nəfərə çatıb

Yaponiyanın Yokohama limanında saxlanılan “Diamond Princess” kruiz laynerindəki sərnişinlərdən daha 65 nəfər yeni koronavirusa yoluxub.

Bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyindən Azərtac-ın həmin ölkədəki bürosuna göndərilən mətbuat açıqlamasında bildirilir. Beləliklə karantində saxlanılan gəmidə koronavirusa yoluxanların sayı 135 nəfərə çatıb.

Məlumatda həmin şəxslərin gəmidən təxliyə edilərək xəstəxanalara yerləşdirildiyi qeyd edilir.

Bununla yanaşı, gəmidə olan təqribən 3600 nəfərin fevralın 19-dək karantində saxlanacağı bildirilir.