XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

10 Fevral 2020 - 22:15

Qazaxıstan Çinə iki təyyarə göndərəcək- Vətəndaşlarını evakuasiya etmək üçün

Çində koronavirusun yayılması ilə bağlı Qazaxıstan vətəndaşlarını bu ölkədən evakuasiya etmək üçün daha iki təyyarə göndəriləcək.

Qazaxıstanın Xarici İşlər Nazirliyinin bildirdiyinə görə fevralın 10-u və 12-də “Air Astana” aviaşirkətinə məxsus iki təyyarə Qazaxıstan vətəndaşlarını təxliyə etmək üçün Pekinə göndəriləcək.

Uçuş zamanı sərnişinlər tibbi heyət tərəfindən müşayiət olunacaq. Çin tərəfinin xahişi ilə bu uçuşlarda Qazaxıstandakı 47 Çin vətəndaşını Pekinə, habelə Çinin Qazaxıstandakı səfirliyinin qeyri-kommersiya yüklərini də çatdırmaq planlaşdırılır.

Qeyd edək ki, ÇXR-də 719 Qazaxıstan vətəndaşı var. Onlardan 391 nəfər vətənə qayıtmaq üçün müraciət edib. Digərləri – diplomatik missiyanın nümayəndələri, onların ailə üzvləri, tələbələr və digər fərdi şəxslər – Çində qalmaq istəklərini bildiriblər(azərtac).