XƏBƏR LENTİ

19 Fevral 2020

Digər Xəbərlər

11 Fevral 2020 - 10:38

ABŞ əks-kəşfiyyatı:"Rusiya və Çin əsas təhdid mənbələridir"

ABŞ əks-kəşfiyyatının 2020-2022-ci illər üzrə yeni strategiyasında Rusiya və Çin əsas təhdid mənbələri kimi göstərilib.

RİA “Novosti” xəbər verir ki, bu barədə Milli Əks-Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin açıqlanan sənədində bildirilib.

“ABŞ-ı nişanlamış oyunçuların sayı artır. Rusiya və Çin bütün dünyada fəaliyyət göstərirlər, öz milli güclərinin bütün alətlərini ABŞ-a qarşı istifadə edirlər və müasir kəşfiyyat imkanlarının geniş spektrinə sahibdirlər”, – sənəddə vurğulanıb.

Mərkəzin elan etdiyi digər təhdid mənbələri arasında Kuba, İran, Şimali Koreya, “Hizbullah” hərəkatı, İŞİD və “Əl-Qaidə” terror təşkilatları, transmilli kriminal təşkilatlar və s. var/Report.