XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 February 2020 - 12:33

İraqda türkiyəli diplomatı qətlə yetirənlərdən ikisi edam olunacaq –Hökm verildi

İraqda türkiyəli diplomat Osman Kösə və iki iraqlının qətlə yetirilməsində təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb.

NN TÜRK-ün verdiyi xəbərə görə, bu barədə vəkil Birzo Said məlumat verib.

O bildirib ki, Ərbil Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərdən 2-si barədə edam hökmü çıxarılıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilənlərdən bir nəfəri 1 il, yerdə qalan üç nəfər isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, türkiyəli diplomatlara hücum iyulun 17-də Ərbil restoranlarının birində baş verib. Nəticədə bir türkiyəli diplomat Osman Kösə və 2 iraqlı həlak olub/APA.