XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 February 2020 - 13:48

“ABŞ İranın regiondakı əhəmiyyətini anlayır” –Ruhani

“İran Silahlı Qüvvələrinin gücü bir neçə dəfə artıb. Mən buna görə ölkənin müdafiə sənayesinə təşəkkür edirəm”.  

Bunu İran Prezidenti Həsən Ruhani islam inqilabının 41-ci ildönümü münasibətilə keçirilən mitinqdə çıxışı zamanı deyib.

“ABŞ İranın gücünün, regionda oynadığı rolun nə qədər əhəmiyyətli olduğunu çox yaxşı anlayır. Bu gün İran Yaxın Şərq regionunun ən güclü ölkəsidir”, – deyə H. Ruhani qeyd edib. /APA