XƏBƏR LENTİ

17 Fevral 2020
16 Fevral 2020

Digər Xəbərlər

11 Fevral 2020 - 20:39

Avropa Parlamenti yunan millət vəkilini cəzalandırdı – Türkiyə bayrağını cırdığına görə

Avropa Parlamenti (AP) yunan millət vəkili İoannis Laqosu maddi cərimə və parlament fəaliyyətindən 4 günlük kənarlaşdırıb.

Bu cəza ona 2 min 261 Avroya başa gələcək.

Türkiyə mediası xəbər verir ki, AP-nın yunan millət vəkili barəsində bu cəzanı tətbiq etməsinə səbəb onun ötən ay Türkiyənin dövlət atributu olan bayrağı cırması ilə əlaqədar olub.  

Qeyd edək ki, AP-nin Brüsseldə “Yunan Adalarındakı Humanitar Vəziyyət” adlı tədbirində çıxış edən yunan millət vəkili Lagos ölkəsinin köçkünlər tərəfindən hücumlara məruz qaldığını bildirib və Türkiyənin bayrağını cırıb.

Yunan millət vəkilinin bu hərəkəti dünya ictimaiyyəti tərəfindən qəzəblə qarşılanıb/APA.