XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

11 Fevral 2020 - 21:57

İstanbulda yeni Atatürk Mədəniyyət Mərkəzi tikilir

İstanbulun Taksim meydanında ötən il fevralın 10-da təməli qoyulan yeni Atatürk Mədəniyyət Mərkəzinin inşası davam etdirilir. Mərkəzin opera salonunun ilk silueti havadan çəkilən şəkillərlə görülməyə başlayıb.

2018-ci ildə sökülüb, yeni layihə ilə inşa edilən mədəniyyət mərkəzinin əsasını 2073 nəfər üçün nəzərdə tutulan opera salonu təşkil edəcək. Binada 828 nəfərlik teatr, 1000 nəfərlik konsert, 285 nəfərlik kino, 250 nəfərlik otaq teatrı və bir sərgi salonu, eləcə də bir kitabxana olacaq. Yeni binanın ən üst mərtəbəsində isə restoran fəaliyyət göstərəcək. Bundan əlavə, binada 885 maşın üçün avtomobil dayanacağı da inşa olunacaq.

Plana əsasən, mərkəzin tikintisinin iki il ərzində tamamlanması gözlənilir. Yeni binanın memarı bundan əvvəlki Atatürk Mədəniyyət Mərkəzinin memarı olan Murat Tabanlıoğlunun oğlu Hayati Tabanlıoğludur.

Qeyd edək ki, 1999-cu ildə Türkiyənin “qorunması vacib mədəni mirasları” siyahısına daxil edilmiş binanın 2009-cu ildə yenidən inşasına qərar verilib. Lakin İstanbul 9-cu İdarə Məhkəməsinin qərarı ilə yenidənqurma işləri müvəqqəti təxirə salınıb və bərpa işlərinin aparılması istiqamətində yeni layihələr hazırlanıb. Sonralar İstanbul Texniki Universitetinin inşaat fakültəsi tərəfindən aparılan araşdırmalar nəticəsində binanın yenidən inşasına qərar verilib(azərtac).