XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

11 Fevral 2020 - 23:19

ABŞ Avstraliyaya gəmiəleyhinə raketlər satdı- 990 milyon dollarlıq razılaşma

ABŞ-ın Dövlət Departamenti 200 ədəd AGM-158С uzaq məsafəli gəmiəleyhinə raket və köməkçi avadanlıqlarının Avstraliya hökumətinə satışını təsdiq edib.

Azərtac Müdafiə və Təhlükəsizlik Əməkdaşlıq Agentliyinin məlumatına istinadla xəbər verir ki, müqavilənin dəyəri 990 milyon dollardır.

Agentliyin verdiyi informasiyaya əsasən, Avstraliyanın satış üzrə tələbatı köməkçi və sınaq avadanlıqlarını, texniki publikasiya və sənədləşməni, personalın təlimi, təlim avadanlıqları, ABŞ dövlətinin nümayəndələri və podratçılar tərəfindən texniki köməyi, həmçinin texniki və logistik dəstəyi əhatə edir.

Müdafiə və Təhlükəsizlik Əməkdaşlıq Agentliyinin bəyanatında deyilir: “Təklif edilən satış ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərini dəstəkləyəcək. Avstraliya bizim Sakit okeanın qərb hissəsində ən vacib müttəfiqlərimizdəndir. Siyasi və iqtisadi cəhətdən güclü olan bu ölkənin strateji mövqeyi regionda iqtisadi sabitliyin yaranması və sülhün təmin edilməsinə mühüm töhfə verir.

AGM-158C LRASM uzaq məsafəli gəmiəleyhinə raketi ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin 1977-ci ildən istifadə etdiyi “Qarpun” adlı gəmiəleyhinə raketindən fərqli olaraq, daha mürəkkəb imkanları olan qanadlı raketdir.