XƏBƏR LENTİ

28 Fevral 2020

Digər Xəbərlər

12 Fevral 2020 - 12:57

“İdlibdə müşahidə nöqtələrindən geri çəkilməyəcəyik”- Hulusi Akar

“İdlibdə yerləşən müşahidə məntəqələrimizə hücum ediləcəyi təqdirdə Suriya hakimiyyətinə daha ağır cavab veriləcək”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar “Associated Press”ə müsahibəsində deyib.

Nazir bildirib ki, bununla əlaqədar olaraq Türkiyə ordusuna müvafiq təlimat verilib.

H.Akar qeyd edib ki, Türkiyə ordusu İdlibdə yerləşən müşahidə nöqtələrindən geri çəkilməyəcək.