XƏBƏR LENTİ

10 İyul 2020

Digər Xəbərlər

12 Fevral 2020 - 15:34

Amerikanın Suriya üzrə xüsusi nümayəndəsi:“İdlib məsələsində ABŞ və NATO Türkiyənin tərəfindədir”

Ankarada səfərdə olan ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrinin Türkiyəli diplomatlarla görüşü olub.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoya bildirib ki, xarici işlər nazirinin müavini Sedat Önalla keçirilən görüşdə Suriya münaqişəsi, Astana və Soçi razılaşmaları, İdlibdə baş verən son hadisələrdən danışılıb.

Ceyms Cefri İdlibdə Türkiyənin 13 hərbçisinin ölümü ilə əlaqədar ABŞ dövləti adından başsağlığı verib. O bildirib ki, İdlib mövzusunda ABŞ və NATO müttəfiqi Türkiyənin tərəfindədir/APA.