XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

12 Fevral 2020 - 16:34

“Suriyada Rusiya və Türkiyə arasında qarşıdurma riski yaranıb” –Avropa İttifaqından etiraz

“Suriyada Rusiya və Türkiyə hərbi qüvvələri arasında qarşıdurma riski meydana çıxıb”.

Bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Parlamentində çıxışı zamanı deyib. 

“Suriyadakı müharibə artıq 9 ildir davam edir. Hazırda ölkənin şimal-qərbində ağır humanitar fəlakət və təhlükəsizlik böhranı hökm sürür. Suriyanın digər bölgələrində qeyri-sabitlik və dramatik insan əzablarına şahid oluruq. İdlibdə hərbi əməliyyatların intensivləşməsi yüzlərlə mülki şəxsin öldürülməsinə səbəb olub. Məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərə, tibb müəssisələrinə və yaşayış məntəqələrinə hücumlar davam edir. Bütün bunlar beynəlxalq humanitar hüququn açıq və ciddi şəkildə pozulmasıdır”, – deyə C. Borrell bildirib/APA.