XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

12 Fevral 2020 - 21:22

İstanbulda qəzaya uğrayan təyyarənin “qara qutu”su Almaniyada araşdırılacaq

İstanbulun Sabiha Gökçən hava limanında eniş edərkən qəzaya uğrayan təyyarənin “qara qutu”su Almaniyada araşdırılacaq.

Almaniyanın Qəza Təhqiqatı İdarəsi tərəfindən aparılacaq təhlilin bir həftə ərzində başa çatdırılması, ilkin hesabatın isə bir ay ərzində hazırlanması gözlənilir. Araşdırmaların fevralın 13-də başlaması planlaşdırılır.

Xatırladaq ki, fevralın 5-də İstanbulun Sabiha Gökçən hava limanında İzmir-İstanbul aviareysini yerinə yetirən təyyarə eniş edərkən uçuş-enmə zolağından çıxaraq üç hissəyə parçalanıb. Hadisə zamanı üç nəfər həlak olub.