XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020
22 Fevral 2020

Digər Xəbərlər

12 Fevral 2020 - 23:53

Özbəkistan koronavirusla mübarizədə Çinə yardım göndərib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin tapşırığı ilə Çinə koronavirusla mübarizədə kömək məqsədilə humanitar yardım göndərilib.

Azərtac xəbər verir ki, yardıma tibb ləvazimatı, steril əlcəklər, müdafiə kombinezonları, filtr-maskalar, tənzif və s. daxildir.

Özbəkistan Xarici İşlər nazirinin müavini Dilşod Axatov jurnalistlərə bildirib ki, yeni koronavirusun sürətlə yayılması ilə bağlı Çin böyük sınaq qarşısındadır. Bütün dünya ictimaiyyəti Çinə yardım edir. Biz də kənarda qalmamalıyıq.

Özbəkistan Səhiyyə nazirinin müavini Baxadir Yusupaliyev isə deyib ki, Çində vəziyyət mürəkkəb olaraq qalır. Dünya Səhiyyə Təşkilatı koronavirusu bütün insanlar üçün təhlükə hesab edir. Buna görə də dünya ölkələri kimi, Özbəkistan da bu təhlükə ilə mübarizədə Çinə kömək etməyi qərara alıb.