XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

13 Fevral 2020 - 10:22

Koronavirus Londona da yayıldı- “Sky News”

Böyük Britaniyanın paytaxtı Londonda koronavirusa ilk yoluxma hadisəsi aşkarlanıb.

Bu barədə “Report” “Sky News” telekanalına istinadən xəbər verir.

Bildirilir ki, bu, ölkədə ümumilikdə virusa yoluxma ilə bağlı doqquzuncu hadisədir.

“Sky News”un məlumatına görə, pasiyenti Londonun cənubundakı xəstəxanada “COVID19”dan müalicə edirlər. Bu paytaxtda təsdiq edilmiş koronavirusa ilk yoluxma hadisəsidir. Britaniyada doqquzuncu təsdiq edilmiş yoluxmadır”, – deyə telekanalın “Twitter”dəki səhifəsində bildirilib.

Çinin hakimiyyət orqanları 2019-cu ilin 31 dekabrında Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkənin Xubey əyalətində naməlum pnevmoniyanın yayılması haqqında xəbərdar edib. Mütəxəssislər xəstəliyin yeni koronavirusla yayıldığını müəyyənləşdiriblər. ÜST xəstəliklə əlaqədar beynəlxalq səviyyəli fövqəladə vəziyyət elan edib.

Son məlumatlara görə, Çində xəstəlikdən ölənlərin sayı artıq 1310 nəfərə, virusa yoluxanların sayı 48,2 min nəfərə yüksəlib.