XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 February 2020 - 13:46

Britaniya sosial platformalardakı zərərli məzmunlu paylaşımları blok edəcək- “Facebook” və “Google” təşəbbüsə "hə" deyib

Böyük Britaniya “Facebook”, “Twitter” və “Snap” kimi şirkətlərin sosial platformalardakı zərərli məzmunlu paylaşımlarını blok edəcək.

Hökumət şirkətlərin uşaqlara qarşı kiberzorakılıq və terror təbliğatı kimi zərərli məzmunlarla mübarizə sistemlərinin olması üçün qanunverici fəaliyyət göstərəcəyini açıqlayıb. Yeni qəbul ediləcək qanunların ədalətli və şəffaf şəkildə tətbiq olunacağı qeyd olunub.

“Facebook” və “Google” yeni qaydalar üzərində İngiltərə hökuməti ilə birgə işləyəcəklərini elan edib.

Qlobal miqyasda hökumətlər, sosial platformalarda məzmuna daha yaxşı nəzarət etmək üçün mübarizə aparırlar. Almaniya və Avstraliya sosial şəbəkələrə sərt qaydalar tətbiq edib. Belə ki, platformalar 24 saat ərzində qanunsuz məzmunu nəzərdən keçirmədiyi və silmədiyi təqdirdə cəzalandırılırlar(azərtac).