XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 February 2020 - 20:16

Hulusi Akar:“Suriya hakimiyyəti atəşkəsə əməl etmir”

“İndiyədək Suriyada atəşkəsin təmin olunması üçün dəfələrlə razılaşma əldə olunsa da, Suriya hakimiyyəti buna əməl etmir”.

Bunu Brüsseldə olan Türkiyə Müdafiə naziri Hulusi Akar deyib.

Nazir bildirib ki, Suriyada atəşkəsin qarantı olan Türkiyə artan silahlı hücumların qarşısını almaq məcburiyyətindədir.

Akarın sözlərinə görə, bu məsələdə NATO və digər müttəfiq ölkələrin Müdafiə nazirləri ilə fikir mübadiləsi aparılır/APA.