XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

13 Fevral 2020 - 23:01

Rəsmi Ankaradan Suriya parlamentinin qondarma “erməni soyqırımı” qərarına etiraz:"Bu, rejimin ikiüzlülüyüdür"

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Suriya parlamentinin qondarma “erməni soyqırımı”nı tanımasına münasibət bildirib.

Türkiyə XİN-in mətbuat katibi Hami Aksoy bildirib ki, Suriya parlamentinin 1915-ci ildə baş vermiş hadisələri “soyqırımı” kimi tanıması ikiüzlülüyün təzahürüdür.

“Bu  addım uzun illərdir öz xalqını qətlə yetirən, milyonlarla insanı öz evindən didərgin salan və kimyəvi silahdan istifadə məharəti yaxşı bilinən rejimin ikiüzlülüyünün təzahürüdür. Suriya hakimiyyətinin baiskar olduğu fəlakət davam edir və bu fəlakət bizim sərhədlərimizdə yaşanmaqdadır. Dəstək verilməyən iddiaların beynəlxalq aləmdə legitimliyini itirmiş zalım rejim tərəfindən irəli sürülməsi isə bunun arxasında yatan əyri zehniyyətin açıq təzahürüdür”, – deyə XİN rəsmisi vurğulayıb/APA.