XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

13 Fevral 2020 - 23:34

Senat Trampın səlahiyyətinin məhdudlaşdırılmasını bəyəndi –İrana qarşı

ABŞ Konqresinin Senatı cümə axşamı prezident Donald Trampın İrana qarşı silahlı qüvvələrdən istifadə məsələsində səlahiyyətlərini məhdudlaşdıran qətnaməni bəyənib.

TASS xəbər verir ki, iclasın yayımı qanunverici orqan yuxarı palatasının saytında aparılıb.

Qanun layihəsi Konqresin Nümayəndələr Palatasına göndəriləcək. Qeyd edilir ki, demokratların əksəriyyət təşkil etdiyi palata onu dəstəkləyəcək.

Ağ Ev artıq bildirib ki, Tramp bu halda qətnaməyə veto qoymaq niyyətindədir. Hazırda demokratların Senatda prezidentin vetosuna üstün gəlmələri üçün səsləri azdır/Report.