XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

14 Fevral 2020 - 14:39

Rusiyada avtoqəzada “QAZel” yanıb –Altı nəfər ölüb

Rusiyanın Tambov vilayətində “QAZel” markalı avtomobilin yük maşını ilə qarşı-qarşıya toqquşması nəticəsində altı nəfər ölüb.

RİA “Novosti” agentliyinin verdiyi məlumata görə, qəzada ölənlər “QAZel”-in sürücüsü və sərnişinləridir. Yük avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, qəzanın səbəbi araşdırılır.

İlkin versiyaya görə, qəza “QAZel” markalı nəqliyyat vasitəsinin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq qarşı yol çıxması nəticəsində baş verib.  

Zərbənin təsirindən “QAZel” yanıb, avtomobildəkilər hamısı yerində ölüb. (apa)