XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 February 2020 - 19:50

Koronavirus səbəbindən aviaşirkətlərin gəlirləri bu ilin I rübündə 4-5 mlrd. dollar azalacaq –Beynəlxalq Mülki Aviasiya Təşkilatı

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) məlumatına görə, koronavirusa (COVID-19) görə bir çox aviareyslərin ləğv edilməsi səbəbindən cari ilin I rübündə qlobal aviaşirkətlərin gəlirləri 4-5 mlrd. ABŞ dolları azala bilər.

Ölkələr COVID-19 virusunun yayılmasının qarşısını almaq məqsədi ilə geniş səyahət qadağaları qoyub.

ICAO-nun məlumatına görə, təxminən 70 aviaşirkət materik Çinə və oradan olan bütün beynəlxalq uçuşları ləğv edib. Digər 50 aviadaşıyıcı isə uçuşların sayını azaldıb.

Agentliyin ilkin qiymətləndirməsi zamanı hava yüklərinə, aeroportlara, naviqasiya xidməti təminatçılarına, Çində daxili hava səyahətlərinə və Honkonq, Makao və Tayvana beynəlxalq daşımaların potensial təsiri nəzərə alınmayıb.

ICAO həmçinin Çin turistlərinin azalması səbəbindən Yaponiyanın turizm gəlirinin I rübdə 1,29 mlrd. dollar, Taylandın isə 1,15 mlrd. dollar itirə biləcəyini proqnozlaşdırır. (APA)