XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

14 Fevral 2020 - 21:55

“Avstriya Hava Yolları” Çinə bütün aviareyslərini ləğv edib- Bu tarixədək

“Avstriya Hava Yolları” (AUA) Çinə olan bütün reyslərini martın 28-dək ləğv edib.

Azərtac xəbər verir ki, şirkət bu addımı koronavirusun bu ölkədə hələ də davam etməsi ilə izah edib. Ona görə də qış uçuş cədvəli (28 mart) başa çatana kimi Pekin və Şanxay istiqamətində uçuşlar həyata keçirilməyəcək.

Şirkətdən bildirilib ki, “Avstriya Hava Yolları”, “Lufthansa” və ya “Swiss” şirkətləri tərəfindən satılmış biletlərə görə müştərilərə kompensasiya veriləcək.

Çindəki vəziyyət hazırda Avstriya turizminə təsirsiz ötüşmür. Vyana çinli turistlərin Avropada ən çox səfər etdiyi üçüncü şəhərdir. Hazırda Avstriyaya Çindən təyyarə ilə səfər edən turistlərin sayının illik orta göstəricinin cəmi 16 faizinə düşməsi turizmə mənfi təsir göstərir.