XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 February 2020 - 22:41

Çində koronavirusla mübarizə aparan tibbi heyətin altı üzvü ölüb- Rəsmi

Çində koronavirusla mübarizə aparan tibbi heyətin 1712 üzvünün artıq adıçəkilən virusa yoluxduğu təsdiqlənib. Onlardan altısı artıq dünyasını dəyişib.

Bu barədə Çinin Sağlamlıq Komissiyası məlumat yayıb.

Hazırda Çində virusla mübarizədə ən böyük problemlərdən xüsusi qoruyucu maskaların və digər geyimlərin çatışmamasıdır. Onların lazımi sayda istehsalı hazırkı vəziyyətdə qeyri-mümkündür.

Bu səbəbdən də tibbi heyət eyni qoruyucu maska, geyim və digər vasitələrdən təkrarən istifadə etməli olur. Bu da virusa yoluxma riskini artırır(azərtac).