XƏBƏR LENTİ

05 Aprel 2020
04 Aprel 2020

Digər Xəbərlər

15 Fevral 2020 - 22:22

Rusiya və Türkiyə xarici işlər nazirləri arasında görüş keçirilib- Nələr müzakirə olunub?

Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında görüş keçirilib.

APA-nın  Moskva müxbirinin verdiyi məlumata görə, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşdə nazirlər Suriyanın İdlib əyalətindəki böhran daxil olmaqla, Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər .

Bundan başqa, görüşdə ikitərəfli münasibətlərə dair məsələlərə də toxunulub. Rusiyanın Türkiyədəki səfirliyinin ünvanına olan təhdidlərlə əlaqədar Türkiyə tərəfi Rusiya diplomatik nümayəndəliklərinin və əməkdaşlarının təhlükəsizliyinin təmin olunması ilə bağlı bütün lazımi tədbirlərin görüldüyünə əminlik ifadə  edib.