XƏBƏR LENTİ

08 İyul 2020
07 İyul 2020

Digər Xəbərlər

15 Fevral 2020 - 23:41

Yaponiyanın turizm sənayesinə 1,3 milyard dollar ziyan dəyə bilər- Koronavirusa görə

Yeni koronavirusun yayıldığı indiki şəraitdə Yaponiyaya Çindən gələn turistlərin sayı kəskin azalıb.

Azərtac BMT-nin Beynəlxalq Mülki Aviasiya Təşkilatına (IKAO) istinadla xəbər verir ki, bunun nəticəsində cari ilin ilk üç ayı ərzində Yaponiyanın turizm sənayesinə təqribən 1,3 milyard dollar ziyan dəyə bilər.

COVID-19 virusunun yayılması nəticəsində iqtisadiyyata dəyə biləcək zərər barədə IKAO-nun hesabatına görə, artıq 70 aviaşirkət Çini digər ölkələrlə əlaqələndirən beynəlxalq reysləri ləğv edib. Daha 50 aviaşirkət isə reyslərin sayını azaldıb.

Hesabatda qeyd edilir ki, COVID-19 virusunun yayılması çinli turistlərin bütün dünya ölkələrinə səyahətlərinin sayının kəskin azalmasına səbəb olub.