XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 February 2020 - 17:24

Liviya üzrə Beynəlxalq Komitə yaradılıb –Bəyanat

Münhendə Liviya üzrə beynəlxalq görüşün iştirakçıları tərəfləri atəşkəsi qorumağa çağırıb.

Bu, Münhendə keçirilən görüşün yekunu ilə bağlı yayılan Bəyanatda əksini tapıb.

Görüş iştirakçıları Liviyaya silah embarqosunun davam etməsini və  BMT Baş Katibinin xüsusi nümayəndəsi Hasan Salamenin Berlin konfransının qərarlarına uyğun fəaliyyətini dəstəkləyiblər. Görüş iştirakçıları həmçinin Liviya üzrə Beynəlxalq Komitə də təsis ediblər. Liviya üzrə Beynəlxalq Komitə mütəmadi görüşlər keçirəcək. Liviyada siyasi proseslərə start verilməsi ilə bağlı danışıqlara isə fevralın 26-da start verilməsi və bu məqsədlə Forum keçirilməsi planlaşdırılıb. /APA