XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

17 Fevral 2020 - 09:00

“Tramp Ərdoğanla telefon danışığında İdliblə bağlı narahatlığını çatdırıb” –Ağ Ev

ABŞ Prezidenti Donald Tramp fevralın 15-də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı İdlibdəki vəziyyətdən narahatlığını vurğulayıb və Rusiyanın Suriya hökumətinə dəstəyinin dayandırılmasını istədiyini bildirib.

“TASS” agentliyi xəbər verir ki, bu barədə bazar günü axşam Ağ Evin mətbuat katibinin müavini Cad Dirin yaydığı açıqlamada bildirilir.

“ABŞ Prezidenti İdlibdəki gərginlikdən narahatlığını bildirib və humanitar fəlakətin qarşısının alınmasında göstərdiyi səylərə görə Türkiyə Prezidentinə təşəkkür edib. Prezident Tramp Rusiyanın Suriya Prezidenti Bəşər Əsəd rejiminə dəstəyini dayandırmasını və münaqişənin siyasi həllini müdafiə etməsini istədiyini bildirib”, – deyə açıqlamada deyilir. (APA)