XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

17 Fevral 2020 - 09:11

“İdlib mövzusunda Rusiya ilə fəal əməkdaşlığımızı davam etdiririk” –Çavuşoğlu

Türkiyə və Rusiya hökumətləri Suriyanın İdlib vilayəti mövzusunda son razılaşmanın hazırlanması üçün əməkdaşlığı davam etdirir.

Bunu Rusiyanın “İzvestiya” qəzetinə verdiyi müsahibəsində Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu deyib.

“Hələ çox iş görülməlidir, biz bu məsələlərdə Rusiya ilə fəal əməkdaşlığımızı davam etdiririk. Yekun cavabı bazar ertəsi, nümayəndə heyətlərimizin Moskvadakı görüşündən sonra tapacaqsınız. Suriya probleminin əməkdaşlığımızı aşağı salmasına və münasibətlərimizə təsir göstərməsinə imkan verməməliyik”, – deyə türkiyəli nazir bildirib.

Çavuşoğlu qeyd edib ki, Rusiya və Türkiyənin qarşıdakı əlaqələri hər iki ölkənin başqa bir görüşə ehtiyacının olub-olmadığını göstərəcək. (apa)