XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

17 Fevral 2020 - 15:35

Dünya şirkətləri ötən il rekord həcmdə dividend ödəyib

Ötən il dünya şirkətləri səhmdarlara 1,43 trln. ABŞ dolları məbləğində dividend ödəyib ki, bu da rekord göstərici sayılır.

“The Guardian”ın verdiyi məlumata görə, qlobal iqtisadi qeyri-müəyyənlik illik artım templərinin sürətini yavaşlatsa da, şirkətlər tərəfindən illik rekord həcmdə dividend ödəmələri Şimali Amerikanın və inkişaf etməkdə olan ölkələrin birjalarında qeydə alınan yüksək göstəricilər və bəzi qeyri-adi dərəcədə iri xüsusi dividentlər hesabına mümkün olub.

2019-cu ildə ödənişlərin ümumi həcmi illik ifadədə 3,5% artıb.

Qeyd edək ki, aktivlərin idarə edilməsi sahəsində ixtisaslaşan “Janus Henderson” şirkətinin analitikləri dünyanın ən böyük şirkətlərinin 2019-cu ildə ödədiyi dividendləri təhlil edib. Onlar Böyük Britaniya və Avropa şirkətlərinin səhmdarlara ödədiyi dividendlərinin həcminin dünya üzrə orta göstəricidən az olduğunu müəyyən edib.

Ötən il neft şirkətlərinin investorlara ödədiyi dividendlər daha sürətlə artıb – 10%, telekommunikasiya şirkətlərindən alınan dividendlər isə azalıb. (apa)