XƏBƏR LENTİ

10 İyul 2020
09 İyul 2020

Digər Xəbərlər

17 Fevral 2020 - 16:04

Liviya neft sanksiyalarına görə gündə 60 mln. dollar itirir –Jozep Borrel

Liviya Avropa İttifaqı (Aİ) ölkələrinə karbohidrogen satmaq iqtidarında olmadığına görə gündə 60 mln. ABŞ dolları itirir, neft sanksiyaları isə ölkə iqtisadiyyatına ciddi şəkildə mənfi təsir göstərir.

TASS-ın məlumata görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.

“Aİ-nin bu ölkəyə ayırdığı ümumi yardımın həcmi 600 mln. dollar təşkil edir ki, bu da ongünlük neft satışına bərabərdir. Liviyada vəziyyət olduqca pisdir”, – deyə J. Borrel deyib.

J. Borrel BMT-nin baş katibinin xüsusi nümayəndəsi Həsən Salamadan Liviyada atəşkəsin olmadığını və bu ölkəyə silah tədarükü qadağasına dair razılaşmalar olduğu kimi, atəşkəs razılaşmasının da hər yerdə pozulduğunu ifadə edən məktub alıb.

Qeyd edək ki, Aİ ölkələrinin xarici işlər nazirləri fevralın 17-də Liviyadakı böhranın həllinə yönəlmiş Berlin sülh prosesinin sürətləndirilməsi məsələsini nəzərdən keçirəcək, həmçinin Liviyaya silah tədarükü ilə bağlı embarqonun sərtləşdirilməsinin mümkünlüyü də araşdırılacaq. (apa)