XƏBƏR LENTİ

10 İyul 2020
09 İyul 2020

Digər Xəbərlər

18 Fevral 2020 - 14:11

Paşinyan hökuməti toplayıb –Baş nazir ordudakı "kriminal davranışlar"la bağlı tapşırıqlar verib

Ermənistan hökuməti silahlı qüvvələrdə qeyri-döyüş itkilərinin artmasına dair aparılan müzakirələrdən sonra kadr dəyişiklikləri də daxil olmaqla bəzi qərarlar verib.

Bu barədə baş nazir Nikol Paşinyan “Facebook” səhifəsində yazı paylaşıb.

Belə ki, ötən gün keçirilən müşavirə zamanı baş nazir “silahlı qüvvələrdəki kriminal davranışlar və intizam” ilə bağlı problemlərin həllini ən mühüm məsələ olduğunu bildirərək, hərbi intizamın səviyyəsini xeyli yüksəltmək üçün silsilə tədbirlər görülməsinin vacibliyini vurğulayıb.

Hökumət başçısı bununla bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.

Ölkə KİV-nin yazdığına görə, ilin əvvəlindən qeyri-döyüş şəraitində azı 15 hərbi qulluqçu ölüb.