XƏBƏR LENTİ

10 İyul 2020
09 İyul 2020

Digər Xəbərlər

18 Fevral 2020 - 15:39

Türkiyə Daxili İşlər Nazirliyi:"Terror təşkilatları ilə əlaqəsi olan 94 min əcnəbinin ölkəyə girişinə qadağa qoyulub”

“Suriyanın şimalında “Barış bulağı” hərəkatı başlayandan bu günə kimi 229 əcnəbi terrorçu deportasiya edilib”.

Bunu Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsinin baş direktoru Abdullah Ayaz deyib.

O bildirib ki, həmin şəxslərdən 75 nəfəri Avropa İttifaqına üzv dövlətlərin vətəndaşıdır: “2011-ci ildən isə bu günə kimi 102 fərqli millətdən olan 7898 əcnəbi terrorçu ölkədən deportasiya edilib. Terror təşkilatları ilə əlaqəsi olduğu ehtimal edilən 94 min əcnəbinin ölkəyə girişinə qadağa qoyulub”.

Baş direktorun sözlərinə görə, ötən il İstanbulda 118 mindən çox qanunsuz miqrant saxlanılıb ki, onların əksəriyyəti Əfqanıstan və Pakistan vətəndaşlarıdır.

Qeyd edib ki, İstanbulda sənədi olmadan yaşayan suriyalıların sayı 7 mindir.

O vurğulayıb ki, hazırda Türkiyədə 3 milyon 573 min suriyalı yaşamaqdadır/APA.