XƏBƏR LENTİ

08 İyul 2020
07 İyul 2020

Digər Xəbərlər

19 Fevral 2020 - 12:44

Maykl Blumberq sosial müavinətlərin artırılması üzrə plan təqdim edib

Nyu-Yorkun sabiq meri və ABŞ-da prezident seçkilərində Demokratlar Partiyasından namizədliyə iddiaçılardan biri Maykl Blumberq özünün sosial təminat planını açıqlayıb. O, sosial təminat proqramını gücləndirəcəyini və müavinət alan ən yoxsul adamlara imtiyazlar əlavə edəcəyini bildirib.

Azərtac xəbər verir ki, Blumberqin planına sosial təminat üzrə yeni minimal müavinətin tətbiqi, hökumət tərəfindən maliyyələşdirilən təqaüd yığımları planının yaradılması, ahıllar üçün “Medicare” milli tibbi sığorta proqramı çərçivəsində dərmanlara sərf olunan xərclərin məhdudlaşdırılması, gündəlik sığorta təminatının genişləndirilməsi və böyük xərclərdən müdafiə olunmaq üçün federal təhlükəsizlik sisteminin işlənib hazırlanması daxildir.

“Onilliklər ərzində işləyən amerikalılar təqaüdə çıxmaq imkanına layiqdirlər. Bununla yanaşı, onlar daimi maliyyə ehtiyacı ilə qarşılaşmamalıdırlar. Mən Prezident qismində sosial təminat sistemini gücləndirəcəyəm”, – deyə Blumberqin bəyanatında bildirilir.

ABŞ-ın Sosial Təminat Administrasiyasının məlumatına görə, Birləşmiş Ştatlarda hər bir orta təqaüdçü pensiya şəklində bu proqram üzrə ayda 1503 dollar alır(azərtac).