XƏBƏR LENTİ

08 Aprel 2020
07 Aprel 2020

Digər Xəbərlər

19 Fevral 2020 - 15:56

Gürcüstanın Milli Təhlükəsizlik Şurasına yeni rəhbər təyin olunub- FOTO

Gürcüstanın Milli Təhlükəsizlik Şurasına yəni rəhbər təyin olunub.

Bu barədə Baş Nazir Giorgi Qaxaria hökumətin bugünkü iclasında məlumat verib.

Baş Nazirin müvafiq əmri ilə Daxili İşlər naziri Vaxtanq Qomelauri Milli Təhlükəsizlik Şurasına rəhbərlik edəcək.

Onun sözlərinə görə, Təhlükəsizlik Şurası səmərəli fəaliyyət göstərməli olan vacib orqandır. Günün tələbindən asılı olaraq, Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsinə Daxili İşlər naziri Vaxtanq Qomelauri təyin edilir(azərtac).

G.Qaxaria Daxili İşlər nazirini bu vəzifəyə təyinatı münasibətilə təbrik edib.

Bundan əvvəl Milli Təhlükəsizlik Şurasının katibi Levan İzoria idi. O, ötən ay bu vəzifə ilə yanaşı, Kəşfiyyat Xidmətinin rəhbərliyindən də istefa verib.