XƏBƏR LENTİ

05 Aprel 2020
04 Aprel 2020

Digər Xəbərlər

19 Fevral 2020 - 16:03

Rusiyanın Müdafiə naziri Xəlifə Haftarla görüşüb

Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu Liviya Milli Ordusunun rəhbəri marşal Xəlifə Haftarla görüşüb.

APA-nın Moskva müxbirinin Rusiya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, S.Şoyqu və X.Xaftar Liviyadakı vəziyyəti müzakirə ediblər.

Görüşdə Moskvada yanvarın 13-də keçirilən danışıqların atəşkəs rejiminin əldə olunmasında və ölkədə vəziyyətin normallaşmağa başlanmasındakı vacib rolu qeyd olunub.

“Şoyqu və Haftar Liviya ilə bağlı Berlin konfransının qərarlarının icra olunmasının vacibliyini təsdiq ediblər. Tərəflər bir daha Liviyada böhranın nizamlanmasının siyasi yolla həllinə alternativ olmadığını, eləcə də Liviyanın müstəqilliyinə və ərazi bütövlüyünə bağlılıqlarını qeyd ediblər”, – deyə Rusiya MN-in məlumatında bildirilib.