XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

19 Fevral 2020 - 16:51

Gürcüstanın sabiq Baş naziri azadlığa buraxılacaq- Sabah

Sabah Gürcüstanın sabiq Baş naziri Vano Merabişvili azadlığa buraxılacaq.

APA-nın yerli bürosu xəbər verir ki, 7 illik həbs müddəti başa çatdığı üçün sabiq Baş nazir saxlanıldığı Matrosov həbsxanasından sabah azadlığa buraxılacaq.

Qeyd edək ki, V. Merabişvili 2013-cü ildə vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə həbs edilib. O, 2011-ci ildə Sandro Qirqvlianinin qətlinə dair dəlilləri gizlətməkdə, Valeri Gelaşviliyə qarşı fiziki hücumda, Kvariati villasının qarəti və bir sıra digər cinayət halları ilə əlaqəli olmaqda ittiham edilib.