XƏBƏR LENTİ

10 İyul 2020

Digər Xəbərlər

19 Fevral 2020 - 20:14

Tramp iranlı nazirlə senatorun görüşündən narazı qalıb:"Bu görüş qanunsuzdur"

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Münxen Təhlükəsizlik Konfransında ABŞ senatoru-demokrat Kris Merfi ilə görüşməsinə Prezident Donald Tramp mənfi münasibət bildirib.

Azərtac xəbər verir ki, ABŞ Prezidenti bu görüşü qanunsuz adlandırıb və bildirib ki, “Loqan qanunu”na əsasən bu görüş qanuna ziddir. Belə ki, 1799-cu ildə Konqres tərəfindən qəbul edilən “Loqan qanunu”na görə rəsmi nümayəndələr ABŞ ilə ziddiyyətli mövqeyə malik olan dövlətilərin rəsmi nümayəndələri ilə icazəsiz görüşmək ixtiyarına malik deyillər. Bu qanunu pozan məmuru 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Məsələyə İran Xarici İşlər Nazirliyinin təmsilçisi Abbas Müsəvi də münasibət açıqlayıb. O bildirib ki, M.C.Zərif beynəlxalq tədbirlər çərçivəsində ABŞ konqresmenlərinin xahişi ilə onlarla görüşür və İranın regional siyasətini izah edir.