XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

20 Fevral 2020 - 09:50

“Britaniya ilə Aİ arasında Kanada tipli ticarət razılaşması mümkün deyil”- Mişel Barniyer

Avropa İttifaqının (Aİ) Brexit danışıqları üzrə müşaviri Mişel Barniyer Böyük Britaniya ilə Aİ arasında Kanada tipli sərbəst ticarət razılaşmasının mümkün olmayacağını açıqlayıb.

Blokun baş müzakirəçisinin fikrincə, Böyük Britaniya ilə Aİ Kanada tipli ticarət edə bilməz.

Qeyd dək ki, Böyük Britaniya bu ilin yanvar ayının 31-də Avropa İttifaqını tərk edib. Lakin 2020-ci ilin dekabr ayının 31-dək olan keçid dövründə blokun əksər qaydalarına əməl edəcək.

Tərəflər yeni ticarət qanunları haqqında danışıqlara mart ayının əvvəlindən başlayacaq.

Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Boris Conson ölkəsi ilə Aİ arasında Kanada tipli sərbəst ticarət razılaşmasını istədiyini bildirmişdi(azərtac).