XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

20 Fevral 2020 - 10:17

Gürcüstanın sabiq Baş naziri azadlığa çıxıb –O, aktiv siyasətə dönəcək?

Gürcüstanın keçmiş baş naziri və daxili işlər naziri Vano Merabişvili azadlığa buraxılıb.

7 ilə yaxın həbsdə olan sabiq dövlət məmuru “Matrosov” adlanan həbsxananı tərk edib.

V.Merabişvilini yaxınları və dostları qarşılayıblar. Onun siyasi fəaliyyətini davam etdirəcəyi gözlənilsə də, özünün bu barədə açıqlaması hələ olmayıb.

Qeyd edək ki, V.Merabişvili 2013-cü ilin mayında korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə daxil olmaqla bir neçə cinayət işi üzrə həbs olunub.

O, 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. V.Merabişvili 2004-2012-ci illərdə daxili işlər naziri, 2012-ci ilin iyul ayından oktyabr ayına qədər isə baş nazir vəzifəsini tutub/Report.