XƏBƏR LENTİ

13 İyul 2020

Digər Xəbərlər

20 Fevral 2020 - 21:19

Ərdoğan:"Almaniyada 5 vətəndaşımızın öldürülməsi hadisəsini nəzarətdə saxlayırıq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın Hanau şəhərindəki atışmada həyatını itirən türkiyəlilərin ailəsinə başsağlığı verib.

“Anadolu” xəbər verir ki, bu barədə dövlət başçısı Türkiyənin ən böyük Millət kitabxanasının açılışında deyib.

“Almaniyanın Hanau şəhərindəki atışmada həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, ailələrinə isə səbir diləyirəm. Başda səfirliyimiz olmaqla, bütün qurumlarımız prosesi yaxından izləyirlər. Almaniya rəsmilərinin hücumu işıqlandırmaq üçün bütün səyləri göstərəcəyinə inanıram”,  – deyə Türkiyə prezidenti bildirib.

Qeyd edək ki, Almaniyanın Hanau şəhərində baş vermiş atışma nəticəsində ölən 11 nəfərdən 5-i Türkiyə vətəndaşıdır/Report.