XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

20 Fevral 2020 - 22:19

Rusiya XİN:"Türkiyə hakimiyyəti ilə daimi əlaqədəyik"

“Rusiya və Türkiyə arasında Suriyadakı vəziyyətlə bağlı təmaslar davam edir”. 

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Rusiyanın Türkiyə ilə diplomatik əlaqələri var. Suriya probleminə dair təmaslar kəsilməyib, hər gün əlaqədəyik. Hərbiçilərimiz, ekspertlər, hətta nazirlərimizin telefon danışığı olur”, – o, qeyd edib.

M.Zaxarova zərurət yaranacağı təqdirdə iki ölkənin nümayəndələrinin görüşəcəyini də mümkün sayıb/Report.