Türkiyə Müdafiə Nazirliyi bu gün İdlibdə Suriya ordusunda qarşı keçirilən əməıliyyatla bağlı məlumat yayıb.
Strateq.az xəbər verir ki, məlumatda Suriya ordusunun 50 hərbçisinin öldürüldüyü vurğulanıb: “Bununla yanaşı, Əsəd rejiminə məxsus olan 5 tank, 2 zirehli transportyor, 2 silahlı pikap, 1 haubitsa sıradan çıxarılıb”.
Məlumatda o da bildirilib ki, əməliyyat zamanı Əsəd ordusunun havadan endirdiyi zərbə ilə Türkiyənin 2 hərbçisi şəhid olub, 5 əsgəri yaralanıb.
Strateq.az