XƏBƏR LENTİ

05 Aprel 2020
04 Aprel 2020

Digər Xəbərlər

21 Fevral 2020 - 09:00

Merkel və Makron Putinlə telefonla danışıb –İdlibdəki vəziyyət müzakirə edilib

Almaniyanın Baş Naziri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə birgə telefon bağlantısı yaradaraq, Suriyanın İdlib əyalətindəki vəziyyəti müzakirə ediblər.

“TASS” xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert məlumat verib.

“Kansler Merkel və Prezident Makron Suriyanın İdlib əyalətindəki fəlakətli humanitar vəziyyətdən nə dərəcədə narahat olduqlarını dilə gətiriblər. Merkel və Makron hərbi əməliyyatların dərhal dayandırılmasını və humanitar yardıma ehtiyacı olan insanlara maneəsiz yardım göstərilməsini tələb ediblər. Böhranın siyasi həllinə nail olmaq üçün Prezident Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyə hazır olduqlarını bildiriblər”, – Zaybert belə deyib. (apa)