XƏBƏR LENTİ

08 Aprel 2020
07 Aprel 2020

Digər Xəbərlər

21 Fevral 2020 - 14:06

Sergey Lavrov Tbilisiyə getməyəcək –Qriqori Karasin

“Güman edirəm ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Şurasının Nazirlər Komitəsinin iclasında iştirak etmək üçün Tbilisiyə getməyəcək”.

Bunu Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü, senator Qriqori Karasin yerli “İmedi” televiziya kanalına bildirib.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinə ola bilsin ki, XİN başçısının müavini Andrey Rudenko və yaxud Rusiyanın Avropa Şurasındakı səfiri başçılıq edəcək: “Sergey Lavrovun yerinə qərar verə bilmərəm, lakin hesab edirəm ki, Rusiyanın toplantıda təmsilçilik səviyyəsi başqa cür olacaq. Bunun əsas səbəbi Gürcüstan cəmiyyətində təşvişdir. Sizin müxalifət də həmçinin həyəcanlıdır və bu da digər praktiki məsələlərin həllinə mane olur”.

Qeyd edək ki, bu ilin may ayının 14-15-də Tbilisidə Avropa Şurası Nazirlər Komitəsinin iclası keçiriləcək. (Report)