XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

21 Fevral 2020 - 16:12

Ərdoğan, Makron və Merkel arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, üçtərəfli telefon danışığı zamanı Türkiyə Prezidenti ötən gün Almaniyada baş verən terror hadisəsində ölənlərin yaxınlarına başsağlığı verib.  

Ərdoğan Suriyanın şimalında, İdlib vilayətində Suriya ordusunun hücumlarının dayandırılmasının vacibliyini qeyd edib.

Türkiyə Prezidenti Liviyada sabitliyin bərqərar olunması üçün müttəfiq dövlətlərlə birgə fəaliyyətin əhəmiyyətini də vurğulayıb.